Hüquqşünas: “Əmək Məcəlləsində ziddiyyətli maddələr var”
Yusif Nəzərli
09:22 09.03.2023
Gündəm
465
“Hazırda işəgötürənlərin 90 faizi işçiləri ixtisar etmir, onalarla müddətli əmək müqaviləsi bağlayır. Müddət başa çatdıqda isə qanunsuz olaraq müqaviləyə xitam verir və kompensasiya ödəmir. Tək-tək müəssisələr var ki, orada qapanma və ya ixtisarlar olduqda əlavə kompensasiyalar verilir”.
Bunu Bakupost.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, işdən çıxarılanlara orta aylıq əməkhaqqının 5 misli civarında kompensasiya ödənilməlidir:
“Amma əksər şirkət və müəssisələr kompensasiya və ya başqa ödəniş etmir. Fiziki şəxslərlə bağlı məsələni isə qanunvericilik tənzimləmir. Sahibkar olan fiziki şəxslərdə VÖEN olmadığı üçün, işçisi ilə əmək müqaviləsinə xitam verdikdə, heç bir kompensasiya ödənilmir. Özəl sahibkarlar və bəzi hüquqi şəxslər qəsdən əmək müqaviləsini qısa müddətə bağlayırlar və heç bir ödəniş etmədən işçiləri işdən uzaqlaşdıra bilirlər”
Hüquqşünas bildirib ki, iş üçün müraciət edən işçi müddətsiz əmək müqaviləsi bağlamağı tələb etdikdə, bu zaman onu işə götürmürlər:
“Qeyd edim ki, Əmək Məcəlləsində ziddiyyətli maddələr var. Bir maddədə göstərilir ki, işin göstərilən xidməti daimi xarakter daşıdığı halda, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Digər bir maddədə isə qeyd edilir ki, tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya