İngiltərədə əhalinin 67 faizi Trampa qarşıdır

Donald Tramp bir neçə dəfə Londonda etirazlarla qarşılanıb.

Sherg.az xəbər verir ki, YouGov tərəfindən İngiltərədə aparılan sorğuya görə, britaniyalıların 67 faizi özünü ABŞ prezidenti Donald Trampın əleyhdarı kimi xarakterizə edir. Onu dəstəklədiyini bildirənlərin payı isə 13 faiz olub.

2222 nəfərin iştirakı ilə keçirilən sorğuda İngiltərə vətəndaşlarının ABŞ prezidenti ilə bağlı fikirləri öyrənilib.

Nəticələrə görə, sorğu iştirakçılarının 56 faizi özünü “kəskin Tramp əleyhdarı”, 11 faizi isə “Tramp əleyhdarı” kimi təqdim edib. Beləliklə, ABŞ prezidentinə qarşı olanların ümumi payı 67 faiz təşkil edib.

Trampa dəstək verdiyini deyənlərin payı 13 faiz səviyyəsində qalıb. Siyasi partiyaların seçiciləri arasında isə Trampa qarşı ən yüksək mövqe Liberal Demokrat tərəfdarlarında qeydə alınıb.