İnzibati həbs müddəti başa çatmış 3 erməniəsilli futbolçu azadlığa buraxılıb

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu ərəfədə məktəbli forması əsas problemlərdəndir. Valideynlər münasib qiymətə keyfiyyətli məktəbli forması axtarırlar.  Elm və Təhsil naziri  Emin Əmrullayev açıqlama verib ki, hər məktəbin vahid forması olmalıdır. 
 Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş ölkələrində məktəb sosial aura olaraq formanı özü müəyyənləşdirir:

"Vahid məktəbli formasının tətbiqi haqda  Nazirlər Kabinetinin qərarı var və formalar 4 variantda mövcuddur. Hər məktəbin özünün pedaqoji şurasının qərarı ilə 4 formadan biri seçilir və vahid  məktəbli geyimi kimi müəyyənləşir. Məsələnin müzakirəyə açıq olan tərəfi formalarla bağlı satış məntəqələrinin azlığı, istehsalın yalnız Bakı Tikiş Evində(BTE) cəmləşməsidir. Məktəbəqədər təhsildən tutmuş, universitetlərdə ölkədə təhsil alanların sayı 1,6 milyondur.  1-ci sinifdən 11-ci sinfə qədər şagird üçün tək müəssisə bunu edə bilməz. Şərtlərdə müəyyən qədər dəyişiklik olmalıdır.  Qısaqol köynəklər 15 manat,  uzunqollar 25 manat dəyərindədir.  Bu sahədə qiymət bazarına nəzarət mexanizmi olmalıdır”.