İran müharibəsi nə vaxt bitə bilər? - Netanyahunun hədəfləri narahatlıq yaradır

İsrail rəsmiləri İranla müharibənin necə nəticələnəcəyinə dair narahatlıq keçirməyə başlayıblar. Bu barədə "The Washington Post" qəzetinin köşə yazarı David Ignatius yazıb.

Sherg.az xəbər verir ki, David Ignatiusun sözlərinə görə, bəzi yüksək vəzifəli İsrail rəsmiləri Yaxın Şərqdə gərginliyin daha da artmasından və İrana qarşı açıq uclu hücumların davam etməsindən narahatdır.

Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində İranın hərbi infrastrukturu ciddi zərər görüb. Rəsmilər bildirirlər ki, İranın nüvə proqramının qalan hissəsinin məhv edilməsi, eləcə də ballistik raket və silah istehsalı obyektlərinin sıradan çıxarılması əsas hədəflərdən biri olub.

Bununla yanaşı, bəzi İsrail rəsmiləri ölkənin baş naziri Benjamin Netanyahunun strategiyasına şübhə ilə yanaşır. Onların fikrincə, İranda rejimin dəyişməsi real görünmür və bu istiqamətdə aydın plan yoxdur.

Rəsmilər həmçinin müharibənin uzanmasının ABŞ-ni daha geniş qarşıdurmaya sürükləyə və iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.