İranın anti-Azərbaycan mövqeyi: "Yeni reallıqları həzm edə bilmir"
Yusif Nəzərli
15:51 30.08.2022
Gündəm
603
İran bölgədəki reallıqları ağrılarla qarşılayır
Tehran rəsmilərinə xatırlatmaq lazımdır ki, “Mossad” izini İranın paytaxtında axtarsınlar
“Tehranda "Mossad"ı görə bilməyən İran rejimi Zəngilanda "Mossad" axtarır”. Bunu “Sherg.az"a Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert İran tərəfdən anti-Azərbaycan açıqlamaların artdığını bildirib: “Azərbaycanın uğurlu “Qisas” əməliyyatı, ordumuzun Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etməsi İran rejimini narahat edir. Artıq Tehran prosesin Zəngəzur dəhlizinin açılması ilə başa çatacağının fərqindədir. İran rejimi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, daxilində separatizmə son qoymasını və regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir. Ölkəmizə qarşı xoşagəlməz və düşmən münasibətini aşkar şəkildə ortaya qoyur”.
Analitik qeyd edib ki, cənub qonşumuzun yanlış mövqeyi regionda onun istədiyi siyasətin reallaşmasına gətirib çıxarmayacaq: “Tehrandakılar bölgədəki müsbət dəyişiklikləri ağrılarla qarşılayır. Baş verənlər İranı nə qədər narahat etsə də, bölgədə gedən prosesləri diktə edən və Cənubi Qafqazda sülhü təmin edən bizik. Bölgədə “Mossad” axtarışına çıxan İran Zəngilandakı fermanı “İsrail kəşfiyyatının obyekti” kimi qələmə verir. Tehran rəsmilərinə xatırlatmaq lazımdır ki, “Mossad” izini İranın paytaxtında axtarsınlar. Məsələn, İran prezidentinin iqamətgahı yaxınlığında nüvə alimlərinin öldürülməsini dərindən araşdırsalar, yaxşı olar. Bilirik ki, İranın “Mossad” hədyanları bəhanədir. İran sözdə ifadə etsə də, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və Türkiyənin bölgədə güclənməsini həzm edə bilmir. Üstəgəl, hərbi müttəfiqlik səviyyəsinə qalxan Türkiyə-Azərbaycan əlaqələrini təşvişlə qarşılayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm