İraq şiələrinin lideri İranı müdafiə etmək üçün kollektiv cihada çağırıb

İraqda şiələrin dini lideri ayətullah Seyid Əli Sistani İranın müdafiəsi üçün kollektiv cihad barədə fətva verib.

Teleqraf xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayətullah Seyid Əli Sistani İran İslam inqilabının qorunması üçün kollektiv cihadın vacibliyini vurğulayıb.

“Böyük ayətullah Seyid Əli Sistani İran İslam inqilabını müdafiə etmək üçün kollektiv cihadın zəruri olduğunu qeyd edib”, - deyə açıqlamada bildirilib.