İrəvanda Azərbaycan bayrağının yandırılması ilə dünya Ermənistanın simasını gördü -Partiya sədri
11:24 16.04.2023
Gündəm
643
"Erməni toplumu artıq elə bir kütləvi psixoz vəziyyətinə və irqçilik, şovinizm nöqtəsinə gəlib çatıb ki, onların Azərbaycana qarşı atdığı hər addım son nəticədə özlərinə qarşı çevrilir".
"Sherg.az" xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri qeyd edib ki, əsgərimizin Ermənistanda linç edilməsinin ardınca, Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırması Ermənistanın özünün beynəlxalq imicinə vurulan ağır zərbədir:
"Qoy, indi bütün dünya Ermənistan dövlətinin və erməni cəmiyyətinin gerçək üzünü görsün. Vandalizm və barbarlığın ermənilərin ənənəvi xüsusiyyətləri olduğu hər kəsə məlum olsun. Ermənilər tərəfindən Azərbaycana qarşı aparılan bu cür etnik nifrət, irqi və milli ayrı-seçkilik, şovinizm siyasəti Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneə və təhdiddir. Odur ki, dünya birliyi ənənəvi riyakarlığından əl çəkib Azərbaycanı yox, revanşizmə can atan, davamlı təxribatlara yol verən Ermənistanı sülhə çağırmalıdır. Erməni cəmiyyətində ksenofobiya və türkofobiya meyllərinin daha da güclənməsinə, bu ölkədə irqi ayrı-seçkilik təbliğatının yenidən genişlənməsinə obyektiv qiymət verməli, xalqlar arasında nifaqı qızışdıran erməni təşkilatlarının və konkret fərdlərin məsuliyyətə cəlb olunması üçün hərəkətə keçməlidir".
Ə.Hüseynov bəyan edib ki, bayrağımızın səhnədə yandırılmasının tamaşaçıların alqışları ilə müşayiət olunması, Aram Nikolyanın özünün isə Ermənistan parlamentariləri tərəfindən, bir çox sıravi ermənilər tərəfindən az qala "qəhrəman" kimi qarşılanması bizimlə bərabər, dünya birliyini də narahat etməlidir:
"Həmçinin tez-tez sülhdən dəm vuran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan da öz ölkəsində Azərbaycana qarşı nifrət və ayrı-seçkiliyin hansı həddə olduğunu görməli və erməni xalqının sülhə hazır olmadığını etiraf etməlidir. O, həqiqətən də real sülhə can atırsa, əsgərlərimizə qarşı işgəncələrə və bayrağımıza qarşı vandalizmə yol vermiş ermənilərin dərhal məsuliyyətə cəlb olunmasını təmin etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi