"Laçın-Xankəndi yolunda etirazın müvəqqəti dayandırlması doğru qərardır" - Politoloq
09:34 30.04.2023
Gündəm
500
Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradıldıqdan sonra etirazın davamına ehtiyac qalmırdı.
"Sherg.az"ın xəbərinə görə, bunu "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Laçın-Xankəndi yolunda etirazın müvəqqəti dayandırlması doğru qərardır:
"Etirazın strateji baxımdan Azərbaycan üçün böyük faydası oldu. Birincisi, erməni separatçılarının və İrəvanın bölgədə yerləşən Rusiya hərbi kontingentinə olan böyük ümidləri puça çevrildi. Ümid edirdilər ki, rusiyalı hərbçilər etirazı ilk gündən dayandıracaqlar. Rusiya hərbi kontingenti Kremldən aldığı təlimat əsasında Azərbaycan vətəndaşlarıyla qarşıdurmadan çəkindi. İkincisi, etiraz başladıqdan sonra ermənilər yataqlarımızda istismar etdikləri zənginlikləri artıq istədikləri kimi Emənistana daşıya bilmirdilər. Əlbəttə, Rusiyanın nəqliyyat vasitələrində gizli daşınma davam edə bilərdi, ancaq əvvəlki həcmdə daşımaq ermənilər üçün risqli idi. Nəhayət, üçüncüsü, gənclərin yoldakı etirazı Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasını aktuallaşdırdı və buna nail olundu. 138 gündür ağır iqlim şəraitində, qarda və yağışda etiraz edən gənclərimizə böyük təşəkkür düşür! Əziyyətiniz hədər getmədi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət