Laçında saxlanılan erməni futbolçular təhvil verildi

Azərbaycan Respublikasının Dövlət Bayrağını təhqir etdiklərinə görə həbs olunan  3 erməni futbolçu sərbəst buraxılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Avqustun 28-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan futbolçuların 10 günlük həbs müddəti başa çatdığı üçün sərbəst buraxıldıqları bildirilir.

Onların bu gün Həkəri körpüsündə Ermənistana təhvil verildikləri deyilir.