Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib

Fransa və İran prezidentləri Emmanuel Makron və Məsud Pezeşkian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Makron iranlı həmkarı ilə telefon danışığından sonra öz “X” hesabında məlumat verib.

“Mən İran prezidenti Məsud Pezeçkianla danışdım. Ona dedim ki, hazırda Fransa səfirliyində olan Sesil Koler və Jak Parisin təhlükəsizliyi və Fransaya qayıtması bizim mütləq prioritetimiz olaraq qalır. Mən İranın regiondakı ölkələrə qarşı zərbələrini dərhal dayandırmasının vacibliyini vurğuladım. İran həmçinin Hörmüz boğazının faktiki bağlanmasına son qoymaqla dəniz nəqliyyatının azadlığını təmin etməlidir. Nəhayət, mən İranın nüvə və ballistik raket proqramlarının inkişafı və regiondakı bütün qeyri-sabitləşdirici fəaliyyətləri ilə bağlı dərin narahatlığımızı bir daha təkrarladım ki, bunlar mövcud böhranın əsasını təşkil edir. Bu vacib problemlərin həlli, eskalasiyanın dayandırılması və sülhün qorunması üçün diplomatik həll yolu hər zamankindən daha vacibdir. Biz daha sonra yenidən əlaqə saxlamaq barədə razılqı əldə etdik”, - Makron bildirib.