Məktəblərdə şagirdlərin qaçırılma faktlarına rast gəlinir? - AÇIQLAMA
Yusif Nəzərli
13:02 25.11.2021
Gündəm
301
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin əksəriyyətində müşahidə kameraları və mühafizə xidmətləri mövcuddur. Bu səbəbdən məktəblərdən şagirdlərin qaçırılması ilə bağlı fakt yoxdur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva bildirib ki, belə hal olubsa belə, məktəb ərazisindən kənarda olub:
“Bununla bağlı isə aidiyyəti üzrə hüquq-mühafizə orqanları məşğul olur”.
İdarə müdiri məktəblilərin valideynlərinə səsələnərək, övladlarına qarşı diqqətli olmağa çağırıb:
“Biz cəmiyyət olaraq uşaqları ciddi diqqətdə saxlamalıyıq. Bu yalnız məktəbin, valideynin deyil, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələdə həssas olmalıdır”.
Xatırladaq ki, ötən gün Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib. Məktəbin ön kameraları işləməyib, küçədə olan digər müşahidə kameraları vasitəsilə şagirdi qaçırmaq istəyən nəqliyyat vasitəsinin markasını təyin etmək mümkün olub. Artıq azyaşlının qaçırılma iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm