Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı HESABAT - FOTO
Yusif Nəzərli
11:54 18.02.2022
Gündəm
574
2021-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”ında məlumat verilib.
Bildirilib ki, il ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunub ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib.
Hesabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində fərqli istiqamətdə dəyişib.
2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7,4 faiz artaraq 27,8 milyard ABŞ dolları ekvivalentində olub.
Nağdsız valyuta əməliyyatlarının 86,4 faizi ABŞ dollarında, 13,6 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,7 faizi banklararası valyuta bazarında (BVB), 70,3 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
İl ərzində BVB-də əməliyyatların 99,5 faizi ABŞ dollarında, 0,5 faizi avroda aparılıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 19,5 milyard dollar ekvivalentində olub ki, bunun da 80,9 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21,5 faiz azalaraq 4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir.
Banklar tərəfindən xarici valyutanın nağd xalis satışı, milyon manat ekvivalentində:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm