MHP-li millət vəkili: “Azərbaycanla bağlı daha uğurlu fəaliyyətlərimiz olacaq”
13:03 21.05.2023
Gündəm
495
“Yeni tərkibli parlamentimizin fəaliyyəti xeyirli olsun. Əminəm ki, Azərbaycan başda olmaqla türk və islam dünyası ilə bağlı daha uğurlu fəaliyyətlərə başlayacağıq”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından millət vəkili seçilmiş Kamil Aydın bildirib.
MHP-nin Türk Dünyası və Beynəlxalq Əlaqələr üzrə sədr müavini olan millət vəkili deyib ki, parlamentdə Azərbaycan da daxil, Türk Dövlətləri Təşkilatları (TDT) ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub: “Bununla da bütün maneələrin öhdəsindən həmrəylik, birlik və bərabərlik içində gəlməyi bacaracağıq. Regionda söz sahibi və lider olan Türkiyəmiz beynəlxalq aləmdə də önəmli bir rol oynayaraq daha böyük layihələrə imza atacaq”.
Millət vəkili qeyd edib ki, ölkə daxilində və xaricində bu seçki prosesinə mane olmaq istəyən qüvvələrə rəğmən “Cümhur İttifaqı”nın mayın 14-də keçirilən prezident və parlament seçkilərindən yüksək nəticə qazanması təqdirəlayiqdir:
“MHP də daxil “Cümhur İttifaqı” yenə də parlamentdə səs üstünlüyü qazandı. Prezident seçkiləri ikinci tura qalsa da, qalibin kim olacağı indidən məlumdur. Seçki prosesi 86 milyonluq Türkiyə Cümhuriyyətində təhlükəsiz şəkildə gerçəkləşdi. İki Niderland böyüklükdə coğrafiyada baş verən zəlzələ dağıntılarının çox surətlə aradan qaldırılması ilə yanaşı, həm də o bölgədəki vətəndaşlarımızın təhlükəsiz şəkildə səs vermələrini təmin etmək çox önəmli idi. İlk növbədə Qərb demokratiyasında çox nadir rast gəlinən fəal seçici faktoru özünü bir daha göstərdi. Bir sözlə, bu seçkidə qazanan uca türk milləti oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət