NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana gəlib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov Azərbaycana səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X”də bildirib.

“NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla konstruktiv görüş keçirdik. Regional təhlükəsizlik, ortaq prioritetlər və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. NATO-nun dəstəyinə görə minnətdarıq. Sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəldik”, - diplomat qeyd edib.