Ombudsman Aparatı: “Ermənistan soyqırımı cinayətləri törətməkdə Fransadan nümunə götürə bilər”
Yusif Nəzərli
06:12 15.03.2023
Gündəm
481
“Təəssüf ki, elə ölkələr var ki, Ermənistan məhz dini və irqi xüsusiyyətlərinə görə soyqırımı cinayətini törətməkdən nümunə götürə bilər. Bu ölkələrdən biri də Fransadır. Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Ermənistanın işğalı zamanı Azərbaycanın tarixi və ata-baba torpaqlarında olan bütün mülki obyektlər, mədəniyyət və dini memarlıq abidələri - məscidlər, dini ibadət yerləri, qəbiristanlıqlar amansızcasına dağıdılıb, təhqir və talan edilib: “Bir çox beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın törətdiyi bu vandalizm aktlarını birbaşa müşahidə edərək öz hesabatlarında qeyd ediblər.
A.Səfixanlı söyləyib ki, Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri 2021-ci ilin sentyabrında Azərbaycanda faktaraşdırıcı missiyası zamanı işğaldan azad edilmiş rayonlara səfər etmək imkanı qazanıblar: “Nümayəndə heyəti Ağdama səfəri zamanı fiziki infrastruktura, zəngin mədəni və dini irsə dəymiş dönməz ziyanın miqyasının şahidi olmaqdan şoka düşüb. 1870-ci ildə tikilmiş və təkcə dini məkan deyil, həm də mədəni irs olan Mərkəzi Camiyə məscidi aşkar şəkildə vandalizmə məruz qalıb. Onun həm içində, həm də çölündə güllə və mərmi izləri var idi. Məscid erməni işğalı zamanı inək, at və donuzlar üçün tövlə kimi istifadə edilərkən təhqir olunub. Amma bütün bunların ən pis tərəfi odur ki, insanlar milli və ya dini mənsubiyyətlərinə görə soyqırıma məruz qalırlar”.
Aparat rəhbəri xatırladıb ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı islamofobiya və türkofobiyanın bariz təzahürüdür: “Xocalıda dinc əhali müsəlman, türk olduqları üçün qətlə yetirilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət nəticəsində Azərbaycanın 600-dən çox dinc sakini, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya