Ombudsman Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri ilə bağlı növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edib
Yusif Nəzərli
12:00 17.04.2023
Gündəm
511
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.
Eyni zamanda, müraciətdə ötən gün hərbi qulluqçularımıza baş çəkən Ermənistan Ombudsmanının onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə açıqlamasına da toxunulub. Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.
Bununla yanaşı, Ombdusman və onun Milli Preventiv Qrupu tərəfindən həm İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərə, həm də postmüharibə dövründə azad edilmiş ərazilərimizdə saxlanılmış erməni hərbi dəstə üzvlərinə dəfələrlə başçəkmələr həyata keçirildiyi, bununla bağlı çoxsaylı mətbuat açıqlamaları yayımlandığı vurğulanıb.
Müraciətdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə törədilən bu əməllərlə yanaşı, bu günlərdə ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi faktının da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsi olduğu qeyd edilib.
Yekunda Ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi