Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif etsə də, Kiyev döyüşməyə üstünlük verdi.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya istənilən halda, hərbi və ya başqa yolla Donbas və Novorossiyanı azad edəcək (Ukraynanın suveren ərazilərini nəzərdə tutur – red.).
“Hər şey bundan irəli gəlir. Ya biz bu əraziləri silah gücü ilə azad edəcəyik, ya da Ukrayna qoşunları bu əraziləri tərk edib, döyüşləri dayandıracaq”, - Putin vurğulayıb.