"Qərb "altılıq platforması"nı istəmir
Yusif Nəzərli
08:14 20.11.2021
Gündəm
283
Ona görə Gürcüstan bu təşəbbüsə qoşulmaqdan vaz keçib
Gürcüstan "altılıq platforması" təşəbbüsündə iştirak edə bilməyəcək. Bunu Gürcüstan Baş nazirinin müavini, Xarici işlər naziri David Zalkaliani Gürcüstan parlamentinin “Nazir saatı” formatında çıxışı zamanı deyib. O bildirib ki, məsələ ilə bağlı Gürcüstanın mövqeyini türkiyəli, azərbaycanlı və ermənistanlı həmkarları ilə keçirdiyi görüşdə aydın şəkildə səsləndirib. “Son zamanlar kifayət qədər aktiv şəkildə səsləndirilən “3+3” təşəbbüsü və Gürcüstanın bu formatda mümkün iştirakı ilə bağlı mənim türkiyəli tərəfdaşlar, həmçinin azərbaycanlı və ermənistanlı həmkarlarımla görüşüm olub. İran xarici işlər nazirinin Gürcüstana səfəri zamanı da biz bu məsələni müzakirə etdik.
Biz bu layihədə iştirak edə bilməyəcəyik. Bu, geosiyasi layihədir. Amma Gürcüstan heç vaxt aqressiv ölkənin də iştirak etdiyi hansısa toplantıda və ya qrupda iştirak etməyəcək. Mən bu fikirləri Türkiyə, eləcə də Ermənistan tərəfi ilə görüşlərim zamanı kifayət qədər ucadan səsləndirmişəm”,- deyə D.Zalkaliani bildirib.
Mövzu ilə bağlı politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Gürcüstan eyni vaxtda həm Qərblə, həm də Rusiya ilə balansı qorumağa çalışır. Analitik qeyd edib ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan özünü Qərb ailəsinin bir üzvü sayır:
“Avroatlantik məkana inteqrasiya edir və Gürcüstan düşünür ki, gələcəkdə o, NATO ailəsinin və Qərb Atlantik ailəsinin bir üzvü olacaq. Yəni ümumi istiqamət budur. Amma bilirsiniz ki, İvanişvili Rusiya ilə müəyyən əlaqələri olan bir şəxsdir. O da eyni vaxtda ölkənin Rusiya ilə problemlərinin olmamasının və Rusiya ilə yaxınlaşmağın tərəfdarıdır. Amma bundan başqa Gürcüstanın Qərbə verdiyi sözlər də var. ABŞ Gürcüstanın hətta NATO üzvlüyü məsələsinə də irəliləyişin olacağı tərəfdarı kimi çıxış edir. Burada altılıq formatını isə Gürcüstan Rusiyanın olduğu bir format kimi görür və əlbəttə ki, Rusiyanın olduğu formatda Gürcüstan iştirak edə bilməz. Bunu Gürcüstan xalqına izah da edə bilməzlər. Çünki Gürcüstanda Rusiyaya düşmən münasibət hökm sürür. Gürcüstan yeni seçkidən çıxıb, üstəlik, Avropa İttifaqının və Qərbin müəyyən təzyiqləri var. Belə bir halda Gürcüstanın iştirakı düşünülə bilməzdi. Anlaşılan odur ki, Qərb bunu birmənalı olaraq istəmir, buna görə də belə formatda Gürcüstan açıq şəkildə iştirak edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya