Rusiya ABŞ-nin irəli sürdüyü bəzi təkliflərlə razılaşmayıb

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə bağlı kompromis variantın hələ mövcud olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ tərəfinin irəli sürdüyü bəzi təkliflər Moskva üçün qəbulediləndir, lakin bir sıra məqamlar Rusiyanın maraqlarına uyğun gəlmir.

Uşakov qeyd edib ki, danışıqlar prosesində vahid razılaşdırılmış planın formalaşması üçün hələ ciddi fərqlər qalmaqdadır.