Rusiya çalışacaq ki, Brüssel görüşünə qədər liderlərin görüşü baş tutsun - Siyasi şərhçi
15:25 21.11.2021
Gündəm
442
"... Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq"
Prezident İlham Əliyevlə Ermənistanın baş nazir Nokol Paşinyan dekabrın 15-də Brüsseldə görüşəcək. Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Görüşə bağlı Mişel dövıət başçısı İlham Əliyev və Paşinyanla telefon danışığı aparıb və ilk razılığa vasitəçilik edib. Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində də razılaşıblar.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir:
"Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur. Xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda önəmlidir. Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması da diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb. Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Bakı razıdır, ölkə başçısı İlham Əliyev demarkasiya-delimitasi prosesində İttifaqın texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiklərini açıqlamışdı. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır. Hər iki tərəf üçün bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər".
Analitikə görə, görüşdə bir neçə məsələ prioritet ola bilər:
"Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı reallaşa bilər. Həmçinin, Brüsselin humanitar məsələlərdə vasitəçiliyi mümkündür. Saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi də baş verə bilər. Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir. Birincisi, müharibədən sonra Əliyevlə Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda bir araya gəlir. İkincisi, müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel – Qərb qabaqlayır. Rusiya buna seyrçi qalacaqmı? Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya