“Rusiya ilə imzalanacaq sənəd “Şuşa” bəyannaməsini əvəz edə bilməz” - AKTUAL ŞƏRH
Yusif Nəzərli
12:03 22.02.2022
Gündəm
2157
“Rusiya ilə hansı bəyanatı imzalamağımızdan asılı olmayaraq heç vaxt onunla münasibətlərimiz Türkiyə ilə olduğu kimi olmayacaq”
“Rəsmi Bakının bölgənin gələcəkdə inşa olunmasındakı müttəfiqləri məhz Türkiyə və Pakistandır”
“Azərbaycan indiki halda mövcud geopolitik vəziyyətdə xarici risklərdən mümkün qədər sığortalanmaq üçün belə bir addım atır”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.
"Sherg.az"ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfərə gedib.Kremldən verilən məlumata görə,səfər çərçivəsində tərəflər arasında qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.
Siyasi şərhçi Turab Rzayev liderlər tərəfindən imzalanacaq müttəfiqlik bəyannaməsindən “sherg.az”a danışarkən bildirib ki, Azərbaycan indiki halda mövcud geopolitik vəziyyətdə xarici risklərdən mümkün qədər sığortalanmaq üçün belə bir addım atır:
“ İndi gözümüzün önündə dünyanın Ukraynanın taleyinə hələki biganə qalması durur. Belə bir vaxtda ölkə rəhbərliyi də bizə qarşı ola biləcək təhlükəni bu şəkildə azalda biləcəyini düşünmüş ola bilər”.
Analitikin fikrincə, istənilən halda Rusiya ilə imzalanan hansısa bir bəyanatın Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa” bəyannaməsini əvəz edə bilməz:
“Rusiya ilə hansı bəyanatı imzalamağımızdan asılı olmayaraq heç vaxt onunla münasibətlərimiz Türkiyə ilə olduğu kimi olmayacaq. Rəsmi Bakının bölgənin gələcəkdə inşa olunmasındakı müttəfiqləri məhz Türkiyə və Pakistandır. Rusiya əgər bu bölgədə rol oynamaq istəyəcəksə, o zaman bu ittifaqın dördüncü ayağını əmələ gətirərək, üçlüklə birlikdə masada oturacaq”.
T.Rzayevin qənaətincə,Azərbaycanın Rusiya ilə ayrıca ittifaq şəklində hansısa bir strateji gələcəyi ola bilməz:
“Bu baxımdan da tərəflər arasında imzalanacaq bəyannaməni müqavilə ilə eyniləşdirmək olmaz. Bu ümumi fikirləri ifadə edən bir sənəddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm