Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

“Report”un Qərb bürosunun məlumatına görə, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvanda hərbi xidmətini davam etdirir.