Separatizmə dəstək: Sülhməramlılar Qarabağda erməniləri Azərbaycana qarşı döyüşə hazırlayır
13:15 17.04.2023
Gündəm
669
Rusiya sülhməramlılarının əsas vəzifəsi münaqişə bölgəsində təhlükəsizliyi və sülhü təmin etmək olsa da, son vaxtlar bunun tamamilə əksini müşahidə edirik.
Belə ki, Ermənistandan Qarabağa silah daşınmasına yardım etmələri azmış kimi sülhməramlılar ötən gün Qarabağdakı mülki erməni əhaliyə hərbi təlim keçiblər. Ermənistan KİV-ə açıqlama verən erməni yeniyetmələr təlim zamanı düşmənə necə zərbə endirməyi öyrəndiklərini bildiriblər.
Beləliklə, sülhməramlılar Qarabağda sülhü təmin etmək əvəzinə separatçı əhval-ruhiyyəli erməniləri Azərbaycana qarşı döyüşə hazırlayırlar.
Rusiyanın separatçı qüvvələri dəstəkləməsi halının ilk olmadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, biz əvvəlki vaxtlarda da separatçılara "özünümüdafiə" adlandırılan təlimlərin verildiyinin şahidi olmuşuq:
"Əlbəttə bütün bunlar Rusiyanın davam edən öz milli maraqlarının müdafiəsinin təcəssümü kimi ön plana çıxımaqla yanaşı, ermənilərin hələ də separatizmi davam etdirməsinin əsas fundamental səbəblərindən biri kimi qarşımıza çıxır. Burada əsas məsələ kimin maraqlarının nə olmasından asılı olmayaraq, bölgədəki nizamlanma prosesinin necə tənzimlənməsi məsələsidir. Təbii ki, bu kimi neqativ hallar prosesə cox ciddi təsir göstərir. Digər tərəfdən bölgədə hərbi təlimlərin verilməsinin sülhməramlıların funksiyasına aidiyyəti yoxdur. Üstəlik sülhməramlılar hərbi təlim və dəstək təlimləri keçirməklə bölgədəki separatçılara dəstək verir. Məsələn Azərbaycan ordusuna bu dəstək verilsəydi başa düşülərdi. Çünki bölgənin suveren haqq sahibi Azərbaycandır. İndi onların özlərini hansı şəkildə müdafiə edəcəkləri çox maraqlıdır".
Ekspert qeyd edib ki, Kremli bölgədə narahat edən amillər var, ona görə də separatizmə dəstək verir:
"Rusiya onun nəzarətindən kənar bölgədə status-kvonun dəyişdirilməsi faktları ilə heç cür razılaşmır. Düzdür rəsmi Moskvanın Qərblə qarşıdurması və rəsmi Pekinin artan hegemonluğu fonunda Türk dünyasına bir nəfəslik kimi ehtiyacı var. Amma o böyük bir güc kimi öz maraqlarını tamamilə yerə sərə bilməz. Yəni Rusiya Türkiyə və Azərbaycan ilə əlaqələrini inkişaf etdirməyə maraqlı olsa da, Cənubi Qafqazda bu ölkələrlə maraqlarının kəsişməsi fonunda güzəştə getmək niyyətində deyil. Ümumiyyətlə Kreml bölgənin hakim gücü olaraq qalmağa çalışır. Bütün bunlar nəzərə alındıqda deyə bilərik ki, Rusiya birbaşa Azərbaycan və Türkiyə əleyhinə addımlar ata bilmir. Ona görə də bölgədəki qanunsuz qruplaşmaları dəstəkləyərək Bakı və Ankara qarşısında üstünlük əldə etməyə çalışır. Bu hazırda effektiv görünə bilər, amma 30 il əvvəl həlledici idi. Məsələn 30 il öncə Rusiya və digər erməni havadarlarının dəstəyi ilə bizim torpaqlarımız işğal edildi. İndiki vəziyyətdə biz o torpaqları azad edərək regiondakı status-kvonu öz xeyrimizə dəyişə bildik. Ona görədə narahat olmağa dəyməz. Zamanla Rusiyanın bu günki maraqları öz təsir gücünü itirəcək və Azərbaycan öz hüquqlarını tam şəkildə bərpa edərək Cənubi Qafqazda əsas söz sahibinə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi