Su şəbəkəsinə qoşulma ilə bağlı tədbir keçirildi
14:27 23.10.2024
Gündəm
456
Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş “Su şəbəkəsinə qoşulma” ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması üçün tədbir keçirilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 23-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.
Tədbirin açılışını İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı edərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı məlumat verib, “Su şəbəkəsinə qoşulma”nın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb, bu qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə “Su təchizatı şəbəkəsinə qoşulma”nın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyini, bu istiqamətdə işlərin görülməsinin əhəmiyyətini vurğulayıb.
ADSEA-nın şöbə müdiri Yusif Əhədi “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçası, videoçarx və qurumun yeni internet səhifəsini təqdim edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini Rüfət Atakişiyev təkmilləşdirilmiş “e-su” portalındakı yenilikləri diqqətə çatdırıb.
Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual