
Tokayev Putinə elə bir milli jest etdi ki, dünya danışır -TƏHLİL
Yusif Nəzərli
02:49 03.12.2024
Gündəm
357
İstisna deyil ki, bundan sonra Rusiyaya “Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını” praktiki addımlarla hiss etdirəcəklər
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə yönəlmiş dolayısı jesti sosial mediada geniş rezonans doğurub. Hadisə Rusiya prezidentinin Qazaxıstana səfəri zamanı baş verib. Putin çıxışı zamanı Qazaxıstanın “demək olar ki, tamamilə rusdilli ölkə” olduğunu iddia edib.
Bu açıqlama Tokayevin gözlənilməz və qətiyyətli reaksiyası ilə yadda qalıb. Putinin çıxışında rus dilini vurğulamasına baxmayaraq, Tokayev öz çıxışını qazax dilində edib. Qazax liderinin bu jesti Rusiya tərəfdarları üçün xoşagəlməz sürpriz olub. Zalda oturan rus nümayəndələr dərhal qulaqcıqlarını axtararaq tərcümə vasitələrindən istifadə etməyə məcbur qalıblar. Bu, Tokayevin qazax dilinə üstünlük verərək ölkəsinin milli kimliyini qəti şəkildə vurğulaması kimi qəbul edilib. Tokayevin bu jesti Rusiya-Qazaxıstan münasibətləri fonunda dərin bir siyasi mesaj kimi qiymətləndirilir. Qazaxıstan liderinin doğma dilində danışması, ölkənin milli kimliyini və suverenliyini vurğulamaqla yanaşı, Putinin “rus dili üstünlük təşkil edir” yanaşmasını dolayısı ilə tənqid kimi şərh olunub. Qazaxıstanda rus dilinin geniş istifadə olunmasına baxmayaraq, Tokayevin bu addımı ölkədə dövlət dilinin – qazax dilinin mövqeyini gücləndirmək cəhdləri ilə uyğunlaşır. Analitiklərə görə, Tokayevin bu hərəkəti yalnız dil məsələsinə toxunmaqla məhdudlaşmır. Bu, Qazaxıstanın Rusiya qarşısında öz müstəqil mövqeyini qoruyub saxladığını və heç bir xarici təsirə boyun əyməyəcəyini nümayiş etdirir.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında xatırladıb ki, Rusiya Prezidenti V.Putinin 2014-cü ildə “Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb, Nazarbayev bu ərazidə dövlət qurub” sözlərindən sonra qazaxlar “Rusiya prezidentinə tarixi kitab” adlı etiraz kampaniyasına başlamışdı. Ekspertin sözlərinə görə, buna paralel olaraq, dövlət sifarişi ilə “Qazaxfilm” Qazaxıstan ərazisində mövcud olmuş tarixi dövlətlərlə bağlı kifayət qədər ciddi filmlər çəkmişdi: “Tomris” filmi belə uğurlu layihələrdəndir. O cümlədən, “Qızıl orda” ilə Rusiyaya “sizin dövləti də biz yaratmışıq” mesajını vermişdilər. 2017-ci ildə N.Nazarbayevin sərəncamı ilə latın əlifbasına keçid layihəsinə start verildi. Layihənin 2025-ci ildə başa çatması planlaşdırılır. Yəni Putinin sözlərinə görə, Rusiyanı belə demək mümkünsə, peşman etdilər. Çünki Nazarbayev Rusiya ilə nə qədər müttəfiq olsa da, Lukaşenko deyildi və dövlət məsələsində prinsipial mövqe sərgiləyirdi. Tokayev də Putinin Qazaxıstanı “tamamilə rusdilli ölkə” adlandırmasına dərhal verdiyi reaksiya ilə eyni prinsiplərə sadiq olduğunu göstərdi. İstisna deyil ki, bundan sonra Rusiyaya “Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını” praktiki addımlarla hiss etdirəcəklər. Çünki Putinin bu sözləri, əslində, 10 il öncəki iddiasını fərqli formada davam etdirmək və rəsmi Astananı hibrid müharibədə istifadə etdikləri “rusdilli xalq” taktikası ilə hədələməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol