Türkiyə-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib

Türkiyə və Gürcüstan arasında siyasi məsləhətləşmələr baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, heyətlərə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar və Gürcüstan XİN rəhbərinin birinci müavini Laşa Darsalia rəhbərlik edib.

Siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri, eləcə də regionda və dünyada baş verən hadisələr müzakirə olunub.