
Türkiyə,
İsrail və Böyük Britaniyaya yol yaxındır - ŞƏRH
Yusif Nəzərli
00:09 13.03.2025
Gündəm
535
Azərbaycan təhlükəsizlik və siyasi çağırışlara cavab verəcək yeni siyasi mərhələyə başlayır
Azərbaycan son günlər dost və tərəfdaş ölkələrlə diplomatik əlaqələri və danışıqları intensivləşdirib. Beynəlxalq aləmdə və regionda siyasi proseslər hər keçən gün dəyişir.
Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin Prezidenti Donald Trampın apardığı siyasət beynəlxalq müstəvidə yeni siyasi nizamı ciddi şəkildə redaktə edir. Hər bir ölkənin təhlükəsizlik qayğıları və riskləri artıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin Türkiyə ilə yanaşı, İsrail və Böyük Britaniyaya səfərləri Azərbaycanla bu ölkələr arasında siyasi və təhlükəsizlik əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət edir.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan yeni təhlükəsizlik və siyasi çağırışlara cavab verəcək yeni siyasi mərhələyə başlayır:
"ABŞ Prezidenti D.Trampın Qarabağ erməniləri ilə bağlı açıqlamaları olub. Erməni lobbisi və Kilkiya erməni Bas keşişi Aramla Tramp arasında iki dəfə danışıq baş tutub. Hazırda erməni lobbisi Ağ Evin yeni komandası ilə əlaqələri yaxşılaşdırmağa çalışır. Azərbaycan erməni lobbisindən daha çevik olmalı və Bayden administrasiyasından fərqli olaraq, Trampın Ermənistana dəstəyinin vaxtında qarşısını almalıdır. Rəsmi Bakının ABŞ-nin Azərbaycana qarşı "907-ci düzəliş" sanksiyasını qaldırması və siyasi əlaqələri inkişaf etdirmək üçün mümkün olan siyasi vasitələri inkişaf etdirməsi labüddür. Tramp və administrasiyası İsrailə böyük rəğbət bəsləyir. İsrailin Knesset üzvləri və bir neçə Ravvin Azərbaycanla bağlı Ağ Evə müraciət edib. Ünvanlanan müraciətin Ağ Evdə müsbət qarşılığının olacağı ehtimalı mümkündür. Donald Trampla əlaqələri inkişaf etdirmək Azərbaycana mümkün risklərin qarşısını almağa kömək edə bilər. Ünvanlanan müraciətdə Azərbaycanın da "İbrahim sazişinə" qoşulması təklif edilib. Məhz "İbrahim sazişi" Trampın layihəsidir. Bununla Azərbaycanın tərəfdaş və etimadlı bir ölkə olduğu Ağ Evin diqqətinə çatdırılır".
Analitik vurğulayıb ki, Böyük Britaniya ilə əlaqələr də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:
"Türkiyə, Böyük Britaniya və İsrail Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Azərbaycan xarici siyasətdə çox uğurlu işlər aparır. Məhz bunun nəticəsində Azərbaycana yaxın perspektivdə ciddi siyasi təzyiqlər gözlənilmir. Azərbaycan həm müsəlman ölkələri və türk dövlətləri ilə yanaşı, Böyük Britaniya, İsrail, ABŞ ilə də siyasi əlaqələri koordinasiya etməyə çalışır. Bu diplomatik hərəkətlilik Azərbaycana Ermənistan üzərində siyasi basqıları artıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə