
Türkiyədə Əhməd Cavad İnstitutu yaradılır
Yusif Nəzərli
18:50 05.05.2024
Gündəm
514
MHP başqanı Dövlət Baxçalı təlimat verib
Milliyyətçi Hərəkat Partiyasının Media, Kommunikasiya və Rəqəmsal media qurluşları ilə əlaqələr üzrə məsul sədr müavini və Kayseri millət vəkili İsmail Özdemir MHP lideri Dövlət Baxçalının göstərişi ilə bu partiyanın Ümumi Mərkəzinin tərkibində Əhməd Cavad İnstitutunun yaradılacağı ilə bağlı açıqlama verib.

"Sherg.az"ın məlumatına görə, bu barədə sözügedən partiyanın sosial media hesablarında məlumat yayılıb.
İsmail Özdemir mətbuata verdiyi açıqlamada bildirib ki, Dövlət Baxçalının göstərişi ilə Milliyyətçi Hərəkat Partiyasının qərargahında Əhməd Cavad İnstitutu yaradılacaq.
Bu institutunun rəhbəri vəzifəsinə Dövlət Baxçalının baş müşaviri prof. Dr. Ruhi Ersoy təyin olunub. İsmayıl Özdəmir açıqlamasında Əhməd Cavadın Türk milli şüurunun dirçəlişi üçün göstərdiyi fəaliyyətə diqqət yönəldib və qeyd edib ki, adını qızıl hərflərlə ədəbiyyat tarixinə yazmağı bacaran Ə.Cavad güllələnərək şəhid edilib. Ə.Cavad yaradıçılığı Türk Dünyası düşüncəsi, Türk birliyi və həmrəyliyi üçün gələcək nəsillərə qaynaq olacaq.
Qeyd edək ki, Turan şairi Ə.Cavad 1918 - ci ilin oktyabrından 1920 - ci ilin aprelinədək fəaliyyət göstərən Azərbaycan Türk Ocağının qurucularından biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı