Türkiyəli nazir xalqa səslənib: "Türkiyə heç vaxt indiki qədər azad, müstəqil və demokratik olmayıb"
06:23 17.04.2023
Gündəm
516
"Prezident Rəcəb Tayyib Ərdoğan kimi siyasi liderlər dünyaya yüz ildə bir gəlir".
"Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt indiki qədər azad, müstəqil və demokratik olmayıb:
"Türkiyə xalqı yeni seçkilərdə bu fürsəti qaçırmamalıdır. Əgər bu fürsəti qaçırsaq, çox geriləyəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan dünya siyasətini ovucunun içi kimi bilir. Kimin hansı oyun qurduğunu mükəmməl bilir. Bu gün bunu çox konkret demək istəyirəm ki, Türkiyə tamam fərqli bir istiqamətdə irəliləyir".
Nazir fevralın 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən də danışıb.
Yeraltı təkanların böyük fəlakət və ciddi sınaq olduğunu xatırladan nazir söyləyib ki, həmin təbiət hadisəsi eyni zamanda Türkiyə xalqının bir yumruq kimi birləşdiyini göstərib.
S.Soylu zəlzələ bölgəsindən olan tələbələrin təhsillərini davam etdirdiyini bildirib: "Mardində, Malatyada, Adıyamanda, Hatayda və Kahramanmaraşda gənclərimiz üçün təhsil düşərgələri, mədəniyyət və idman düşərgələri yaratdıq. Həmin düşərgələrdə bütün şərait təmin olunub. Müəllimlər də oradadırlar. İmtahana hazırlaşan şagird və tələbələr üçün müntəzəm olaraq sınaq imtahanları təşkil olunur".
Nazir qeyd edib ki, zəlzələnin fəsadlar törətdiyi kəndlərə yeni konteynerlər çatdırılır. Onun sözlərinə görə, Türkiyə Çindən 65 min konteyner alıb.
S.Soylu Türkiyənin terrorla mübarizəsindən də söz açıb. O, bu mübarizənin uğurla davam etdiyini xatırladıb və bildirib ki, bu ilin oktyabrın 29-dək ölkəmizin dağlarında 1 nəfər də terrorçu qalmayacaq.
Qeyd edək ki, bu ilin oktyabrın 29-da Türkiyənin yaranmasının 100 illiyi tamam olur.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi