TÜRKSOY: Şuşa artıq göz yaşının deyil, azadlığımızın və qardaşlığımızın mərkəzidir
08:18 11.05.2023
Gündəm
395
Sabah Şuşanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin rəsmi açılış proqramı baş tutacaq.
APA xəbər verir ki, mövzu ilə bağlı TÜRKSOY-un Baş katibi Sultan Raev “Anadolu”ya danışıb.
Baş katib türk dünyasını Şuşada bir araya gətirməkdən çox həyəcanlı olduqlarını ifadə edib: “Şuşa bizim üçün bir sənət məbədi, Azərbaycan musiqisinin beşiyidir. Bura birliyimizin təmsili, gücümüzün mənbəyidir, ona görə də biz çox həyəcanlıyıq”.
Sultan Raev Şuşanın bütün türk dünyası üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Qardaş Azərbaycan xalqının təkcə türk dünyasına deyil, dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr verdiyi Şuşa şəhərində bütün türk dünyasını bir araya gətirməyə hazırıq. Qəhrəman Azərbaycan xalqının zəfəri nəticəsində Şuşa artıq göz yaşının, kədərin yox, azadlığımızın, müstəqilliyimizin və qardaşlığımızı mərkəzidir. Zaman-zaman əzəli Azərbaycan torpaqlarında, Şuşada atışma və mina partlayışları eşidildiyi halda, bu gün bütün türk dünyasının türküləri oxunur, Qarabağın ucsuz-bucaqsız dağlarında türk bayrağı dalğalanır”, – o, əlavə edib.
Qeyd edək ki, rəsmi açılış mərasimi sabah saat 12-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol