ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev Kremlə gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Dekabrın 2-də Uitkoff və Amerika Prezidentinin kürəkəni Jared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəliblər.
Görüşdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva sülh danışıqlarına açıqdır, lakin Ukraynada hərbi əməliyyatlar çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olmalıdır.