"Xalqın formalaşması" mövzusunda panel keçirilib
09:38 12.03.2023
Gündəm
464
"Heydər Əliyev 100: Həyatı və İrsi" adlı tədbir çərçivəsində " Xalqın formalaşması" mövzusunda panel keçirilib.
APA xəbər verir ki, "Xalqın formalaşması" mövzusunda baş tutan paneldə X Qlobal Bakı Forumunda iştirak edən rəsmilər fikirlərini bölüşüblər.
Serbiyanın keçmiş prezidenti Boris Tadiç çıxışında deyib ki, Sovetlər dağıldıqdan sonra ölkələr müstəqillik əldə etdi və bu ölkələr transformasiya prosesindən keçdi:
"Bu prosesə uğurla rəhbərlik edənlər həmin xalqların atası adını aldı ki, Heydər Əliyev də bu liderlər sırasında idi. Gücü həmişə yaxşı məqsəd üçün istifadə etmirlər amma gücün dövlət quruculuğunda xalqın formalaşması istiqamətində istifadə edilməsini biz Azərbaycanda gördük".
Latviyanın sabiq prezidenti də dövlət quruculuğunun, xalqın formalaşmasının asan proses olmadığını vurğulayıb. Siyasətçi öz ölkəsinin təcrübəsinə toxunub:
"100 il bundan əvvəl bir uşaq lider olmaq üçün doğuldu. Onun arzusu sabit, çiçəklənən, suveren, müstəqil dövlət qurmaq idi və bu arzusunu reallaşdırdı".
Gürcüstan Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili çıxışında Gürcüstan və Azərbaycanın oxşar tarixi paylaşdığını "kolonial gücdən əziyyət çəkdi"yini xatırladıb.
O deyib ki, Prezident Heydər Əliyev istər Sovet dövründə, istərsə də Sovetlər İttifaqı dağıldıqda, Azərbaycan xalqına qarşı "Qara Yanvar" qırğını törədiləndə xalqının yanında olub:
"O, yeganə lider idi ki, Moskvada etirazını bildirdi, qətiyyətli mövqe ortaya qoydu”.
BMT Baş Assambleyasının keçmiş Prezidenti Volkan Bozkır çıxışında 1990-cı illərdə Azərbaycan qarşı təzyiqlər barədə danışıb.
Belçikanın sabiq Baş naziri Yves Leterme milli kimliyin formalaşmasında vacib olan elementlər barədə danışıb:
"Azərbaycan bu gün etibarlı tərəfdaş, stabil ölkə kimi tanınır. Mən əminəm ki, Heydər Əliyev bu gün Azərbaycanın mövqeyinə və bu uğurların əldə olunmasında töhfəsinə görə qürur duyardı".
Rumıniyanın Baş nazirinin keçmiş müavini Ana Birçall isə bunları söyləyib:
"Məni tanıyan bilir ki, Azərbaycan mənim ürəyimdədir. Azərbaycan bu gün inkişaf edir, güclənir, çünki onun əsasları düzgün qoyulub. Azərbaycanın tarixi praktiki dərsdir, nümunəvi təcrübədir. Bu ölkədə multikultural dəyərlər, tolerans, fərqli mədəniyyət və dinlərə hörmət nümunəvidir, təqdir olunasıdır.
Heydər Əliyevin strateji liderliyi, ən çətin anlarda aldığı mürəkkəb qərarlar bu günkü nailiyyətlərin əsasında dayanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya