Yanlış addım Gürcüstanı xaosa sürükləyə bilər
08:02 25.05.2023
Gündəm
458
Çətin vəziyyətə düşən Tbilisi həm müxalifətin, həm ictimaiyyətin, həm Rusiyanın, həm də Qərbin hücumlarından qorunmalıdır
"Gürcüstanla Rusiya arasında hava səyahəti qadağasının aradan qaldırılması, Kremlin Gürcüstan vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv etməsi Cənubi Qafqazın siyasi mərkəzi olan Tbilisidə emosiyaları coşdurur".
Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik vurğulayıb ki, etiraz səslərini bütün Gürcüstan xalqının adına bağlamaq düzgün olmazdı:
"Əsasən Qərbə inteqrasiyanın tərəfdarı olan qüvvələr səslərini ucaldır, hökuməti qınaq kürsüsünə çıxararaq ittiham edirlər. Gürcüstan hökuməti Qərbin sanksiyalarına məruz qalan Rusiya aviaşirkətlərinin təyyarələrini qəbul etməyəcəyini desə də, bu, Qərbin qızışan ritorikasını soyutmur, indi ABŞ-də Gürcüstana qarşı sanksiyalar tətbiqi gündəmdədir. Gürcüstanın Qərblə Rusiya arasında balanslı siyasət yürütmək cəhdləri uğurlu trayektoriyaya girmir, çünki Avroatlantik məkanın ideallarını qəbul edən tərəf üçün Moskva saatına uyğunlaşmaq yaxşı variant hesab edilmir.
Lakin Gürcüstan müdafiə və təhlükəsizlik boşluqlarına düşdüyündən, üstəgəl, iki ərazi münaqişəsindən əziyyət çəkdiyindən Qərbdən artan təzyiqlərə baxmayaraq, Rusiya ilə əlaqələri praqmatik axara yönəltmək məcburiyyəti ilə üzləşir.
Təhlükəsizliklə bağlı başqa narahatlıq Rusiyanın ölkədə siyasi təsir gücünü artırması, Bidzina İvanişvili kimi boz kardinalı dövriyyədə saxlamasıdır, görünür, Gürcüstan hökuməti ölkənin qeyri-stabillik moduna düşəcəyindən ehtiyatlanır.
Prezident Salome Zurabişvili isə Qərbi sevir, onun üçün Rusiyanın maraqlarına xidmət edən siyasət qəbuledilməzdir. Lakin dövlət başçısı kimi xanım Zurabişvilinin olduqca məhdud səlahiyyətləri adekvat qərarlar çıxarmağa imkan vermir. Gürcüstan ictimaiyyəti hökumətlə prezidentin böhranı, üstəgəl, Qərblə Rusiyanın kəlbətinləri arasında bərk sıxılmış durumdadır. Hakimiyyət isə suverenlik, ərazi bütövlüyünü qorumaq arqumentlərindən bərk yapışır. Rusiya tərəfə meyil Qərbi narahatlıqlar içərisinə salır. Cənubi Qafqazdakı Qərb üçün sözəbaxan statusdan çıxan Gürcüstana cavab olaraq onun Avropa İttifaqına gedən yolunu bloklamaq gündəmə gətirilir".
Ekspert vurğulayıb ki, çətin vəziyyətə düşən Tbilisi həm müxalifətin, həm ictimaiyyətin, həm Rusiyanın, həm də Qərbin hücumlarından qorunmalıdır. Əks təqdirdə tərəflərdən birinə verilən müstəsna şans ölkəni qarışıqlığa sürükləyə bilər: "Gürcüstanla bağlı belə mənzərənin tez-tez zühur edəcəyi və bunun Rusiyadan asılılığının artacağı ehtimalı böyüyür. Çünki Rusiya hələ də iki bölgəni – Abxaziya və Cənubi Osetiyanı – işğal altında saxlayır və bunu Tbilisiyə qarşı hərbi güc tətbiqi rıçaqı kimi saxlayır. Rusiyanın mümkün hərbi müdaxiləsi ssenarisində Gürcüstanın müqavimət göstərmək şansları zəifdir. İkinci yandan ölkənin siyasət lövhəsindəki İvanişvili fiquru anti-Qərb küyünü qaldıraraq xaotik vəziyyət yaratmaq gücünə malikdir. Gürcüstanın balans saxlamaq cəhdini belə təsvir etmək olar ki, o, Qərbin çəkdiyi “qırmızı xət”lərə hörmət əlaməti göstərmək üçün müxtəlif epitetlərdən istifadə edir. Rusiya ilə əlaqələri normallaşdırmaqla Kremlin jest göstərəcəyinə ümid edir. Hökumətin xarici siyasətindəki tarazlaşdırıcı mövqe cəhdi fayda verməyəcək. Əksinə, ölkədə qarşıdurma münasibətləri ictimai-siyasi fəaliyyətdə prinsip olaraq qalacaq. Gürcüstanın təhlükədə qalması onun strateji tərəfdaşları Azərbaycan və Türkiyənin də xarici siyasətlərində yeni cəbhənin açılmasını zəruri edir. Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza sıçrayan hissələrini yığışdırmaq üçün Bakı-Ankara tandemi həm Rusiya, həm də Qərblə uzlaşdırıcı məntiqi üstün tutur və indi bu mövqeyə Gürcüstanın da yerləşdirilməsi çağırışı meydana çıxır. Azərbaycanla Türkiyə Gürcüstana şimaldan axan təhdid plazması önündə ciddi maneə rolunu oynayacaq. Bu, Qərbin maraq çərçivələrində Bakı-Ankara ikilisinin mövqeyini gücləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət