Yaxın dövrdə Xankəndidə Azərbaycan pasportu tələb olunacaq
08:26 30.04.2023
Gündəm
885
"Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:
"Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər. Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu. Bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq. Bu da yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndində görünəcəyi gözləntisini artırır. Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır. Gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir. Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır. Lakin tədricən buna məcbur olacaqlar. Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının qarşısını ala bilməyən kənar güclər Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət