Yazıçı Varisin gənclik dostu...
19:00 06.11.2024
Gündəm
375
Məhləmizə tez-tez gələrdi. Hamı onu yazıçı Varisin dostu kimi tanıyırdı. Gah birlikdə qəzet çıxarırdılar, gah televiziyada veriliş aparırdılar. İstedadlı gənc idi. "Kreativ" sözü təzə dəbə düşüb, əsl kreativliyi ilk dəfə onlarda görmüşəm...
Haqqında söhbət açdığım Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb...
Sakit, mehriban adamdır. Bizim məhlə uşaqlarına qaynayıb qarışmağı bacarırdı. O vaxtlar məhləyə "çujoy" adamların gəlişi elə də yaxşı qəbul olunmurdu. Hər adam ürək edib məhləmizə gələ bilməzdi. Məhlə uşaqlarından, rəhmətlik Məhəmməd məhləmizə meyxana da qoşmuşdu:
"Keçməmisən bu 8-in tinindən,
Yeməmisən şillə və təpiyindən.
Sumqayıtda adı çıxıb 8-in,
Adı və fəryadı çıxıb 8-in..."
Faiq 1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb...
Kariyera pillələri ilə irəliləməsi, təşkilatçılıq qabiliyyəti, istedadının uğurları onu tezliklə ölkədə tanıtdırdı...
2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları" studiyasının direktoru olub. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib...
Üstəlik, 2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının Rektoru olub. Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupun rəhbəridir...
Bütün bunlardan əlavə filologiya üzrə fəlsəfə doktorudur. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir...
Bəli, noyabrın 7-si 54 yaşını qeyd edəcək Faiq Hüsiyev belə bir ömür sürüb. Onu ad günü münasibəti ilə təbrik edirəm.
Çox yaşasın!
Elman Eldaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət