Yenə əsassız, dezinformasiyalar yayılır
Turan
10:46 05.11.2020
Gündəm
652
Bəzi adamlar ağızlarına, dillərinə, əllərinə sahiblik edə bilmirlər
Çoxsaylı çağırışlara baxmayaraq, sosial şəbəkələrdə döyüş zonasından, azad edilən kəndlərdən videomateriallar yayılır. Ümumiyyətlə, cəbhə zonasına yaxın yerlərdə, hərbi hissələrin ərazilərində smartfonların istifadəsi qəti qadağandır. Çünki smartfon tipli telefonlar hər cür texniki vasitələrlə izlənə bilir və o telefondan bütün məlumatlar götürülür.
O ki qaldı cəbhə bölgəsinə, hər gün bütün telekanallarda, saytlarda və sosial mediada təbliğat aparılır ki, cəbhə bölgəsindən rəsmi olmayan məlumat, şəhid olanlar, zabitlər haqda informasiya yaymaq olmaz. Məkirli düşmən bütün sosial şəbəkələri, orada yazdıqlarımızı izləyir. Bunun üçün mərkəzlər, müasir avadanlıqlar quraşdırılıb. Məqsəd Azərbaycanın sosial şəbəkə seqmentindən Ordumuzun mövqeyi və hərbi texnikamızın durumu ilə bağlı məlumatlar toplamaqdır. Ona görə də hər kəs bilməlidir ki, Azərbaycan Ordusu və cəbhə zonası ilə bağlı rəsmi olmayan video və məlumatları kim yayırsa, bununla düşmənə kömək etmiş olur. Dövlət Təhlükəsizliyi Xidməti də döyüş əməliyyatları aparılan ərazilərdə icazəsiz videoçəkilişlərə görə əhaliyə xəbərdarlıq edib. DTX-dan bildirilib ki, Azərbaycan qoşunlarının əməliyyat planları, dislokasiyası, şəxsi heyəti, silah və hərbi texnikaları barədə məlumatları əldə etməyə imkan verən video-materialların yayılması yolverilməzdir. Çünki bu tipli videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi məqsədləri üçün istifadə olunur. Təhlükəsizlik Xidməti fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğunu xatırladaraq, vətəndaşları Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli vurğulayıb ki, son bir ay ərzində sosial şəbəkə və digər informasiya-kommunikasiya vasitələrinin istifadəçilərinə saysız-hesabsız müraciətlər edilib. Hansısa vasitələrlə əldə edilən məlumatların, video və fotoların paylaşılmaması, yalnız rəsmi mənbələrə istinad edilməsi tövsiyə olunub. Amma heç bir nəticəsi yoxdur:
“Yenə də düşmənin dezinformasiya və təxribat xarakterli məlumatlarına istinad olunur, foto və videoları “kim daha tez paylaşdı” yarışına rəvac verilir. Dövlət sirri qədər önəmli olan məsələlər ətrafında müzakirələr aparılır. Bəzi adamlar ağızlarına, dillərinə, əllərinə sahiblik edə bilmirlər, “ağzını yum” deyirsən dilləri oynayır, “dilini qatla” deyirsən əlləri oynayır. Bəzən “WhatsApp” üzərindən göndərilən səsli ismarıclar mənə də gəlib çatır. Özlərinə heç cür sahiblik edə bilməyən şəxslərin öz iddialarını əsaslandırmaq üçün istinad etdikləri “mənbə”lərin “etibarlılığı” kəllə-çarxa vurur:
“Özüm ölüm, elə indicə xalam nəvəsinin yeznəsinin kirvəsinin bibisi oğlu mənə zəng elədi, dedi ki, “Ləhlülülü” təpəsinin başında kabab çəkirik”. Hətta bu qəbildən olan cəfəngiyatlar silsiləsinə inananlar da tapılır. Sonra da bu “etibarlı” mənbədən sızdırılan anti-intellektual ifrazata azacıq siyasi rəng qatıb çıxarırlar müzakirəyə. Həngamə də bundan sonra başlayır. Virtual hərşeyşünaslıq ekspertləri “dahiyanə” fikirlərini sosial şəbəkələrin divarına düzürlər. Ey əlinə və dilinə sahiblik edə bilməyən zümrənin təmsilçiləri, kəsin səsinizi, yumun ağzınızı, əllərinizi də farağat qoyun!
Sizə virtual məkanda sıradan bir hesab, səhifə etibar etmək mümkün deyilsə, Vətən torpağını necə etibar etmək olar?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya