Yeni lider İranın strateji kursunu dəyişdirməyəcək - Onur Sinar Güzaltan

İranın yeni ali lideri Müctəba Xamenein seçilməsi ölkənin strateji mövqeyini bir daha ortaya qoyub.

Sherg.az xəbər verir ki, Türkiyəli siyasətçi və hüquqşünas Onur Sinar Güzaltanın sözlərinə görə, bu seçim İslam Respublikasının xarici təzyiq qarşısında güzəştə getməyəcəyini göstərir.

İranın Ekspertlər Məclisi bazar günü keçmiş ali lider Əli Xamenein ikinci oğlu Müctəba Xamenein ölkənin yeni dini lideri seçildiyini təsdiqləyib. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani qeyd edib ki, Xamenein oğlu ABŞ-ın məclisə zərbə endirmə təhdidlərinə baxmayaraq seçilib.

Onur Sinar Güzaltan bildirib:

"İran, yayılan şayiələrə baxmayaraq, Qərbə daha sadiq dini lider seçmədi və Müctəba Xameneini lider olaraq təyin etdi. Bu qərar ölkənin strateji kursunu dəyişməyəcəyini göstərir."

Qeyd edilir ki, ABŞ və İsrail fevralın 28-də Tehran və digər ərazilərə zərbələr endirib, nəticədə dağıntılar və mülki şəxslərin həlakı baş verib. İran isə cavab olaraq regiondakı ABŞ və İsrail obyektlərinə zərbələr endirib. Hücumun ilk günündə Əli Xamenei öldürülüb və ölkədə 40 günlük matəm elan olunub.

Rusiya prezidenti Vladimir Putin Əli Xameneyin öldürülməsini beynəlxalq hüququn kobud pozuntusu adlandırıb, Rusiya Xarici İşlər Nazirliyi isə gərginliyin azaldılması və hərbi əməliyyatların dayandırılması çağırışı edib.