Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planının 28 bənddən 20 bəndə endirildiyini açıqlayıb.
APA xəbər verir ki, onun sözlərinə görə, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, lakin ərazi məsələsində heç bir güzəşt yoxdur.
Zelenski həmçinin müharibənin bitməsi ilə bağlı düşüncələrinin ABŞ prezidenti Donald Trampın düşüncələrindən fərqli olduğunu bildirib.
Dövlət başçısı sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-yə göndəriləcəyini deyib.