Zərərçəkmiş Vaqif Xaçatryana: "Kişiliyin olsun!"
Yusif Nəzərli
06:55 24.10.2023
Gündəm
363
“Yolumuzu kəsdilər, xəstə apardığımız maşını güllələdilər”.
"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Alış Alışov deyib.
Onun sözlərinə görə, Vaqif Xaçatryan və onun dəstəsi rəhmətlik Qəniməti baltayla vurublar: “Baltayla başından vurandan sonra bir neçə güllə vurdular. Vaqifin qardaşı da, özü də orada iştirak edirdilər”.
Məhkəmədə zərərçəkmişlə Vaqif Xaçatryan arasında dialoq olub.
A.Alışov Vaqif Xaçatryana onu tanıdığını deyib. Vaqif Xaçatryan isə onu tanımadığını bildirib.
Zərərəçəkmiş: Sən orada deyildin?
Vaqif: Mən orada deyildim.
Zərərçəkmiş: Bu necə adamdır ə?
Vaqif: Sən məni orada heç görməmisən. Mən silah götürüb vurmaram.
Zərərçəkmiş: Siz günahsız, əliyalın camaatı qırdınız. Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm