Kitablardan ƏDV götürülsə, mənəvi qələbə olar
Yusif Nəzərli
01:14 14.10.2021
Cəmiyyət
724
Bununla onsuz da çətin vəziyyətdə olan nəşriyyatlar rahat nəfəs ala bilərlər
Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir. Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında çıxış edib. F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz. Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır: “Bir çox ölkələrdə bu təcrübə var, kitablar vergidən azad edilib.
Bu gün Azərbaycanda insanların kitaba marağının artırılmasına böyük ehtiyac var. Kitabları əlavə dəyər vergisindən azad etməklə ölkəmizə kitabların gətirilməsini və nəşr edilməsini stimullaşdıra bilərik”.
Təklifə münasibət bildirən yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı "Şərq"ə açıqlamasında bildirib ki, mövzu ilə bağlı uzun illərdir ki, mübarizə gedir. N.Əbdülrəhmanlı qeyd edib ki, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və həmin nəşriyyatla əməkdaşlıq edən bütün qələm adamları müxtəlif təşkilatlara, Milli Məclisə, hökumətə müraciət ünvanlayıblar:
" Qeyd edim ki, dəfələrlə müraciətlər olunub ki, əlavə dəyər vergisi ya tamamilə götürülsün, ya da minimuma endirilsin. Çünki əksər qabaqcıl ölkələrdə bu vergi ya yoxdur, ya da çox kiçik miqyasdadır, təxminən üç-beş faiz həcmindədir. Bu da təbii ki, kitabın satışına, nəşrinə, yayılmasına çox müsbət təsir göstərir. Əgər bu uzun illər davam edən mübarizə bir nəticə verərsə, əlavə dəyər vergisi doğrudan da götürələcəksə, bu, Azərbaycanın mənəvi həyatında çox böyük qələbələrindən biri olar. Çünki onsuz da çətin vəziyyətdə olan nəşriyyatlar bir qədər rahat nəfəs ala bilərlər. Kitabların maya dəyərini aşağı sala bilərlər. Bununla da oxucuların kitab almaq imkanları daha da yaxşılaşar. Çünki alıcıların əksəriyyəti tələbələr və əhalinin aztəminatlı hissəsidir. Onların imkanları o qədər deyil ki, bahalı kitablara pul versinlər".
N.Əbdülrəmanlı əlavə edib ki, 18 faiz çox böyük qiymətdir və kitabın dəyərinin beşdə bir hissəsidir:
"Hesab edirəm ki, əlavə dəyər vergisi götürülərsə, bu, kitab nəşrinin daha da yaxşılaşmasına səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya