Ermənistan ordusunda xaos: komandanlıq yox, “dedovşina” çox, bir-birini güllələmə...
Yusif Nəzərli
14:53 15.10.2021
Aktual
892
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var:
“Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.
Ermənistan ordusundakı çaxnaşmalar barədə “Sherg.az”a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov erməni hərbçilərinin başsız vəziyyətdə olduğunu söyləyib:
“44 günlük savaşdan sonra erməni ordusu deyilən bir anlayış yoxdur. Lakin Ermənistana havadarlarıq edənlər hələ də onları ayaq üstdə saxlamağa çalışırlar. Sözsüz ki, orada vahid komandanlıqdan söhbət gedə bilməz, daha çox əyyaşlığa və nizamnamədən kənar münasibətlərə yol verirlər. Dünən baş verənlər də bunun bir sübutudur. Nə qədər ki, normal komandanlıq görməyəcəklər, o zaman qədər xoşagəlməz hallarla üzləşəcəklər. Ermənistanın 44 günlük savaşdan sonra ərazilərmizdə qalan hərbçiləri yaxın həftələrdə zərərsizləşdirilməlidirlər ki, bölgədə sülh və əmin-amanlıq olsun. Onların qalacağı təqdirdə başqa problemlər də yaşaya bilərik. Ona görə də tez zamanda həm Ermənistan tərəfinin qarşısına tələblərimizi qoymalı, həm də rus sülhməramlıları məsuliyyət daşıyan tərəf kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.
Ü.Cəfərov qeyd edib ki, bu yaxınlarda ermənilərin ən “elit” hərbi hissələrinin belə ağır itkilərə məruz qaldığı ortaya çıxıb:
“Bundan sonra Ermənistan ordusunun normal şəkildə fəaliyyət göstərə bilməsi üçün uzun illər lazımdır. Reallıq budur ki, hazırda erməni ordusundakı generallar, zabit və əsgərlər arasında xaos hökm sürür. Bu yaxınlarda ordudakı şəxslər gənc erməni əsgərinin şərəf və ləyaqətini alçaldan hərəkətə yol vermişdilər. O da silahla 3 nəfəri öldürmüşdü. Yüzlərlə belə fakt var. Ermənistan ordusunun mənəvi və psixoloji vəziyyəti çox ağırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region