Azərbaycan hotellərində fantastik Yeni il QİYMƏTLƏRİ
Yusif Nəzərli
14:01 21.11.2022
İqtisadiyyat
639
Yeni ilin gəlməsinə bir aydan bir az çox vaxt qalıb. Hər il olduğu kimi, bu il də bayramda çoxları ölkə daxilində və ya xaricində istirahət günləri planlaşdırırlar.
Xaricə gedənlər olsa da, ən çox ölkə ərazisində istirahətə üstünlük verilir.
Vətəndaşlarımız, əsasən, Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, Balakən rayonlarına üz tuturlar.
Təbii ki, regionlarda fəaliyyət göstərən hotellər Yeni il bayramı ərəfəsi qiymətlərdə artım edirlər.
Oxu.Az-ın əməkdaşı regionlarda fəaliyyət göstərən bir neçə hotellə əlaqə saxlayıb. Sorğuya cavab olaraq bildirilib ki, bayramda iki gün üç dəfə qidalanma, qala gecə daxil, iki nəfərlik otaq qiyməti - 1190-1900 manat təşkil edir.
İndiki qiymətlə müqayisə etsək, Yeni il bayramında hotellərin qiymətində 5-10 dəfəlik artım olacaq.
Məsələ barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a danışıb.
Onun sözlərinə görə, hər il olduğu kimi, Yeni il bayramı təxminən bir həftə sürən istirahət günlərilə müşayiət olur:
“Bu səbəbdən Yeni ilin gəlişini qeyd etmək məqsədilə insanlar müxtəlif turizm və istirahət fəaliyyətlərinə qatılırlar. Azərbaycan vətəndaşları, əsasən, regionlara üz tuturlar. Onu da qeyd etmək lazımdır ki, xaricə turlarla bağlı müxtəlif təkliflərin olmasına rəğmən, uçuş qiymətləri pandemiyadan sonra hələ də yüksək həddə qalır”.
O qeyd edib ki, regiondakı hotellərin bronlaşdırma faizi haqqında fikir söyləmək hələ tezdir:
“Düşünürəm ki, 1-1,5 həftə sonra rəqəmlər nisbətən bəlli olar. Bu il qış turizm təkliflərinin sayı artıb, xüsusilə ekoturizm fəaliyyəti daha geniş təqdim edilir. Fürsətdən istifadə edərək hər kəsə daha tez tərpənib, bronların aparılmasını, özlərinə uyğun hotellərin və turizm təkliflərinin seçilməsini tövsiyə etmək istərdim”.
Sədr əlavə edib ki, bu il ölkəmizdə Yeni il bayramı daha möhtəşəm keçiriləcək:
“Rusiyadan və digər MDB ölkələrindən ölkəmizə üz tutan əcnəbilərin sayı artmaqdadır. İlin sonuna 1,4 milyon əcnəbinin ölkəni ziyarət etməsi proqnozlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm