Ermənilərə siyasi sillə: Fransa parlamentinin spikeri Ermənistanda həqiqəti dedi
11:37 15.01.2023
Aktual
574
"Fransa Milli Assambleyasının sədri Yael Braun- Pive İrəvanda ermənilərə həqiqəti deməyə məcbur oldu!".
"Sherg.az" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin səfərinin ardından, bu dəfə Fransada yaşayan ermənilər yaxşı bir pul mükafatı müqabilində Milli Assambleyanın sədrinin Ermənistana səfərinə nail olublar:
"Lakin, səfərin yekunlarına dair mətbuat konfransı zamanı, hazırda Ermənistan hakimiyyətinin ən çox ümid etdiyi dövlət , BMT TŞ-nın üzvü Fransanın nümayəndəsi Makrondan fərqli olaraq həqiqəti deməyə vadar oldu. Baxmayaraq ki, hazırda həmin xanımın təmsil etdiyi parlament 2 il əvvəl Qarabağla bağlı bəyanatda tamamilə əksini bildirirdi. Jurnalistin sualına cavab verən Yael Braun- Pive Fransanın beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığını bəyan etdi. Paşinyan da, 3 gün əvvəlki çıxışında Dağlıq Qarabağın hamı tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanındığını qeyd etmişdi. Xatırladım ki, Paşinyanın mətbuat konfransı zamanı separatçılarla bağlı müxtəlif açıqlamaları Ruben və Nikol arasında münasibətləri daha da gərginləşdirib. Hazırda hər iki tərəfin media resursları və hakimiyyətinin üzvləri bir-birini günahlandırmaqla məşğuldurlar. Hətta iş o yerə çatıb ki, Vardanyan çıxışların birində Sarkisyan- Köçaryan seçicilərini "Arsaxın" yanında olmağa və mübarizə etməyə çağırıb. Fransa parlamentinin spikerinin Ermənistanda Qarabağla bağlı verdiyi bəyanat bütün dünyadakı erməniləri yuxudan ayıldan siyasi sillə olmalıdır. Nə Rusiya, nə Fransa, nə İran separatçıları müstəqil qurum kimi tanımır.
Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Vardanyan kloununun fəaliyyəti isə, yerli əhalinin istismarı və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil".
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm