Əliyevdən usta gediş! - “Çin kartı ilə İran və Hindistan "vurulur”
Yusif Nəzərli
10:56 19.01.2023
Gündəm
558
“Prezident İlham Əliyev də açıqlamaları ilə, indiki şəraitdə bizə qarşı hücum mövqeyində olan Hindistana və İrana cavab verir”
“Ümumiyyətlə, reallıqlar ölkə başçısı tərəfindən yaxşı qiymətləndirildi və bu mənada Davos bizim üçün xarakterik qələbələrlə yadda qaldı”
Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub".
Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladıb: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.
Azərbaycanın geosiyasi baxımdan yaxşı oyunçu olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az" bildirib ki, rəsmi Bakı Fransanın BMT dəki hücumlarından sonra beynəlxalq müttəfiqləri ilə uğurla işləməyə başlayıb:
"Əbu-Dabidəki görüşlər bunun ilk silsiləsi idi. Növbəti mərhələ kimi isə ölkə başçısının Davos Formuna qatılması olduqca vacib addımdır. İndiki beynəlxalq şəraitdə qlobal güclərin formalaşması və mərkəzləşməsi gedir. Burada beynəlxalq güclərdən kimin nə qədər itkisi olacaq, onu necə kompensasiya edəcək kimi suallar yaranır.
Belə düşünə bilərik ki, kimdə daha çox maliyyə və ticarət potensial varsa, o gələcək dünyada həlledici güc olacaq. Şübhəsiz ki, bura strateji mövqe də aiddir. Bu mənada Azərbaycan rəsmi Pekin üzərindən Çin mərkəzli qlobal dünyanın formalaşmasına daha ciddi inanır və buna istinad edir. Yəni dünya üzərindəki qlobal güclərdən Rusiya Ukrayna müharibəsindən yaralı vəziyyətdə çıxacaq.
Qərb və kollektiv Atlantik blok isə külli miqdarda maliyyə itkisi ilə üzləşəcək. Burada zədə görməmiş və iki gücün savaşından özü üçün fayda toplamış Çin faktoru var.
Rəsmi Pekin Britaniya ilə birlikdə orta dəhliz üzərində böyük bir proses həyata keçirdiyi üçün, hadisələrdən qazanclı çıxacaq.
Biz bu ehtimalı yüksək qiymətləndirik. Prezident İlham Əliyev də açıqlamaları ilə, indiki şəraitdə bizə qarşı hücum mövqeyində olan Hindistana və İrana cavab verir.
Ümumiyyətlə, reallıqlar ölkə başçısı tərəfindən yaxşı qiymətləndirildi və bu mənada Davos bizim üçün xarakterik qələbələrlə yadda qaldı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm