Paşinyanın planı baş tutmayacaq! – “Əksinə, zaman itirir”
Yusif Nəzərli
13:23 19.01.2023
Siyasət
479
"Paşinyanın indiki vəziyyətdə verdiyi açıqlamaları gözardı etmək doğru olmaz, amma birmənalı şəkildə rəsmi qərar kimi də qəbul etməməliyik".
Bu fikirləri "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyən açıqlamasına münasibət bildirərkən vurğulayıb. Onun sözlərinə görə, Ermənistan baş nazirinin bu tip çıxışları dəfələrlə olub və vaxt qazanmağa hesablanıb:
"İndi Paşinyanın məlum açıqlamasının zaman mübarizə niyyətli və ya həqiqətən də, Ermənistanın dalana dirəndiyinin sübutu olduğunu demək mümkün deyil. Amma istənilən halda rəsmi Bakı Ermənistanın açıqlamasına arxayın ola bilməz. Yenə də sülh sazişi ilə bağlı qarşı tərəfə təzyiq göstərməyə davam edəcək. Bir müddət əvvəl xəbər yayıldı ki, artıq Azərbaycan tərəfi Qarabağda təbiətə vurulan zərərlə bağlı beynəlxalq müstəvidə kampaniya başladıb. Ermənistan Azərbaycana dəymiş ziyanı qarşılamalıdır. Hər halda rəsmi İrəvan düşünür ki, Azərbaycan düşmən ölkəyə təzminat davaları açaraq, onu daha pis vəziyyətə sala bilər. Hazırda onsuz da Ermənistanın iqtisadi durumu bərbaddır. Təzminatı ödəyə bilməyəcək haldadır. Paşinyanın sözügedən çıxışı da vaxt qazanaraq, daxili problemlərini həll etməyə yönəlib. Amma yenə də qurduqları planlar baş tutmayacaq. Əksinə, zaman itirir. Dünyanın sürətlə dəyişməsi fonunda Ermənistan da öz yerini almalıdır. İlk növbədə, sərhədlərindəki problemləri yoluna qoymalıdır. Alternativ variant kimi deyə bilərik ki, Paşinyan hazırda Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün havadarlarına arxayındır, onlardan dəstək almağa çalışır".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, rəsmi İrəvan Praqa razılaşmaları əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Bu barədə Ermənistan mediası məlumat yayıb. Baş nazir bildirib ki, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu problemlərin sülh yolu ilə həll yoludur.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm