“Tehran hesab edir ki, prosesin rellaşması, sadəcə, İranın kənarda qalması yox, həmçinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, söz sahibinə çevrilməsidir”
Türkiyənin yumruğu artıq masadadır
Türkiyənin yumruğu artıq masadadır
Yusif Nəzərli
03:13 15.06.2023
Siyasət
855
İran Zəngəzur dəhlizinin açılmasını istəməsə də proses mütləq reallaşacaq
“Tehran hesab edir ki, prosesin rellaşması, sadəcə, İranın kənarda qalması yox, həmçinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, söz sahibinə çevrilməsidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Zəngəzur dəhlizindən danışıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: "Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram". Ərdoğan Azərbaycanda olarkən də bildirmişdi ki, Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq: "İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli"Sherg.az"a bildirib ki, İran heç bir formada Zəngəzur dəhlizinin açılmasını istəmir. Partiya təmsilçisi vurğulayıb ki, Tehran hökumətinin qənaətincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda iqtisadi-ticari əlaqələrin bərpası və kommunikasiya xətlərinin açılması deməkdir ki, bu da İranın küncə sıxılmasına, kənarda qalmasına səbəb olacaq: "Avropadan Türkiyəyə, qardaş ölkədən Naxçıvan vasitəsilə Azərbaycana və buradan Orta Asiyaya uzanacaq dəhlizdə İran heç bir rol oynamır. O baxımdan Zəngəzur dəhlizinin açılmamasında İran çox maraqlıdır.
Ciddi-cəhdlə çalışır ki, sözügedən dəhliz müzakirə müstəvisində qalsın və reallaşmasın. Zəngəzur dəhlizinin açılması sadəcə İranın kənarda qalması yox, həmçinin Azərbaycanın iqtisadi cəhətdən güclənməsidir, söz sahibinə çevrilməsidir. Bu faktor Güney Azərbaycandakı soydaşlarımıza da təsir göstərəcək və proses onlara sirayət edəcək. Bunlar İranı narahat edən önəmli məqamlardır. Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsinin, səfirliyimizə hücumun, rəsmilərin ölkəmizi ittiham etməsinin əsas səbəblərindən biri budur. İran hər zaman Azərbaycan əleyhinə iş aparıb, Ermənistana hərtərəfli dəstək verib, nəfəslik rolunu oynayıb. Bu, İranın siyasi rejiminin Azərbaycana düşmən mövqedə olduğunun əyani sübutudur. O baxımdan Türkiyənin Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqe sərgiləməsi olduqca mühümdür. Yəqin ki, Tehran buna reaksiya verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm