
Naxçıvana təhlükə? - "İranın Azərbaycana qarşı iddiaları gülünc və məntiqsizdir" - ŞƏRH
Yusif Nəzərli
11:45 16.06.2023
Siyasət
813
"İran hakimiyyəti hər zaman Azərbaycana qarşı müxtəlif ərazi iddiaları ilə çıxış edib".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan İranın Naxçıvanla bağlı ərazi iddialarına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Naxçıvanla bağlı ərazi iddiası yeni deyil:

"Hələ müstəqilliyimizin yenicə bərpa edildiyi illərdə, İranın "təbliğat maşını" Qafqazın 17 şəhərinin İran ərazisi olduğunu bəyan edirdi. Onlar bildirirdilər ki, Vaxtilə Qacarların, Səfəvilərin dövründə bu ərazilər bir dövlətin tərkibində olub. Rusiya, Azərbaycan müharibəsində, Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Arazın şimal hissəsi rusların tərkibinə daxil olub. Həmin dövrdə isə heç İran adlı bir ölkə mövcud deyildi. Qacarlar və Səfəvilər dövlətinin tarixi ərazilərində isə bir sıra müstəqil dövlətlər yaranıb. Ancaq farslar hakimiyyətə gələndə, bu ərazilərin heç biri İrana aid olmayıb".
Analitikin sözlərinə görə, Naxçıvan sərhəddə yerləşdiyindən, İran tərəfi ona təzyiq etməklə, Azərbaycana öz istəklərini qəbul etdirməyi hədəfləyir:
"Hətta onlar "beşinci kolon"u yaratmaqla Naxçıvanı siyasi, ideoloji cəhətdən Azərbaycandan təcrid etməyi də planlaşdırır. Yəni İran Azərbaycana təzyiq etmək üçün Naxçıvandan istifadə etməyə çalışır. Xatırlayırsınızsa Naxçıvana gedən yüklərin İran tərəfindən qarşısı alınıb, həmçinin Naxçıvanda İran İnqilab doktirinasının idealarının yayılmasına cəhdlər də olub. Bunların hamısı Tehran rejiminin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışılarıdır. Heç kəsə sirr deyil ki, vaxtilə müxtəlif ərazilər, hansısa dövlətin tərkibində olub. Amma bu günkü şərtlər və beynəlxalq hüquq həmin ölkələrin ərazi iddialarını məqsədə uyğun hesab etmir. Çünki bu yeni konfliktlərə və regional münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Məsələn vaxtilə Böyük Britaniya Roma imperiyasının tərkibində olub. İndi italyanlar İngiltərəyə ərazi iddiası etsinlər? Odur ki, İranın Azərbaycana qarşı iddialar irəli sürməsi gülünc və məntiqsizdir. Cənub qonşumuz bu tip iddialarla özünə qarşı Azərbaycanda inamsızlıq yaradır".
Qeyd edək ki, rejimin Naxçıvanla bağlı ərazi iddiaları getdikcə kəskin hal alıb. Hətta Naxçıvanda İran kəşfiyyatının fəallaşması ilə bağlı iddialar dolaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya