Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir - Deputat
Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir - Deputat
Yusif Nəzərli
09:32 08.08.2023
Aktual
491
Təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar
"Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə vacib məqamlardan biri də Ermənistanın sülhə hazır olmaması ilə bağlı ifadələri idi. Azərbaycan rəhbərliyi bir daha vurğuladı ki, Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalıdır".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, İrəvan əslində sülh prosesində maraqlı deyil:
"Ermənistan imitasiya ilə məşğuldur. Nikol Paşinyan hökuməti bir sıra açıqlamalarda guya sülhdə maraqlı tərəf olduğunu iddia edir. Lakin Ermənistanın atdığı addımlar, əməli hərəkətlərinin heç biri sülhə töhfə vermir. Bir yandan nisbətən müsbət açıqlamalar verilir, digər tərəfdən, Laçın yolu ilə bağlı, o cümlədən Qarabağdakı ermənilərin durumu haqqında həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Şübhəsiz, bu da iki ölkə arasında etimadın yaranmasına çox ciddi mənfi təsir göstərir. Beynəlxalq hüquqa əsasən, sözügedən bölgələr Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Şuşada “Euronews” televiziya kanalına müsahibədə Prezident İlham Əliyev Ermənistandakı ermənilərə də önəmli mesaj verdi: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”. Onlar ya reinteqrasiya olmalı, ya da prezidentimizin qeyd etdiyi kimi, əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir".
Parlament üzvü bəyan edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyənləşməsi məsələsində razılıq olduğunu təsdiqləsə də, Laçın yolu ilə bağlı əsassız iddiaları hər dəfə gündəmə daşıyır: "Yenə Qarabağda ermənilərin "blokadasından" və "böhrandan" söz açaraq hər zamankı kimi rəsmi Bakını ittiham edir. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur. Heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir, münasibətləri kəskinləşdirir. Əfsuslar ki, bu artıq ənənə halını alıb. Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalı, nəticənin əldə olunması üçün ortaya konkret mövqe qoymalıdır. Ziddiyyətli açıqlamalar verməklə irəliyə doğru yol qət etmək mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi