
Xaricdə təhsil: Bakalavrlara investisiya qoymaq lazımdır?
05:27 11.08.2023
Elm və Təhsil
1118
Xaricdə təhsilə dövlət dəstəyi əlçatan vəziyyətə gətirilməlidir
“2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində bu il təqaüd alacaq tələbələrin ən azı 10 faizi və ya 38 nəfəri dünyanın ən yaxşı (ilk onluqda yer alan) universitetlərində təhsil alacaq”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında yazıb.
Proqramdan faydalanan tələbələrin valideynləri nazirə minnətdarlıq edib, savadlı gənclərə verdiyi dəstəyə görə təşəkkür edib. Qeyd ediblər ki, Azərbaycanın insan kapitalının inkişafına böyük qatqısı olacaq bu proqramlar gənclərimiz üçün böyük fürsətdir! Lakin proqramla bağlı iradlar da az deyil:
Bakalavrlar üçün dövlət hesabına xaricdə oxumağın mümkünsüz olduğunu iddia edən vətəndaşlar qeyd edib ki, 12 illik təhsil tələbi ilə xaricdə yalnız bahalı özəl liseylərin uşaqları oxuya bilər. Digər narazılıq isə proqramın məhdud fakültələr üçün keçərli olmasıdır.
Xüsusən də tibb və hüquq ixtisaslarının proqramdan kənarda qalması ilə bağlı suallar ünvanlanıb. Diqqət çəkən digər bir məsələ isə tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə qayıdıb, Azərbaycanın inkişafi üçün çalışmaları ilə bağlıdır. Ekspertlər hesab edir ki, gənclər xaricdə təhsil imkanına Azərbaycandan qaçmaq, xarici ölkəyə köçüb, orada daimi yaşamaq üçün fürsət kimi baxmamalıdır. Belə hallar ciddi dərəcədə yoxlanılmalıdır.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə “Sherg.az"a açıqlamasında deyib ki, uzunmüddətli investisiya olaraq Azərbaycan gənclərinin məhz nüfuzlu universitetlərdə təhsil almalarını təmin etmək lazımdır:
“Əvvəla onu deyim ki, bakalavrlar üçün dövlət hesabına xaricdə oxumaq mümkünsüz deyil. Azərbaycanda 11 illik təhsil sistemini bitirib Amerikanın, İngiltərənin universitetlərində bir il akademik hazırlıq oxuduqdan sonra universitet təhsilini davam etdirə bilir. Amma onu deyim ki, bakalavrların xaricdə oxuması üçün dövlət dəstəyi bir o qədər də effektli deyil. Çünki 17 yaşlı yeniyetmələrin əksəriyyəti nə istədiyini bilmir, konkret bir məqsədi olmur. Azərbaycan üçün bakalavrlara investisiya qoymaq hələ tezdir, ona görə də əsas diqqət magistratura və doktorantura pilləsində xaricdə təhsil almaq istəyənlərə daha çox diqqət ayrılır. Onlara artıq öz hədəflərini konkretləşdirdiyi üçün xaricdə öz ixtisaslarını təkmilləşdirib Vətənə qayıtması və Azərbaycan dövlətinə xidmət etməsi üçün daha az vaxt təlb olunur”.
Ekspert qeyd edib ki, hüquq ixtisası Azərbaycan üçün yerli xarakter daşıdığı üçün xaricdə təhsil alanların yenidən burda oxuması və yerli qanunvericiliyi mənimsəmələri lazım gələcək. Ona görə bu ixtisasa yiyələnən gənclərin xaricdə oxumasını maliyyələşdirmək rasional sayılmır:
“Amma tibbdə oxuyan gənclərin uzmanlıq üçün xaricdə təhsil almasını və bunun dövlət tərəfindən maliyyələşdirilməsinin mən də tərəfdarıyam. Sözün açığı, rezidenturada oxuyan tələbələrin dövlət proqramına düşə bilməməsinin səbəbləri mənim üçün də qaranlıqdır. Bəlkə də təhsil müddəti çoxdur deyə, dövlət onların təhsilini maliyyələşdirmir”.
"2022-2026-cı illər üçün xaricdə təhsil üzrə Dövlət Proqramı”nın icrasının qənaətbəxş vəziyyətdə olduğunu vurğulayan Q.Məhərrəmov hesab edir ki, onun sayəsində gənclərimiz dünyanın ən yaxşı universitetlərində təhsil ala bilirlər: “Sadəcə olaraq prosesi daha əlçatan vəziyyətə gətirmək daha yaxşı olar. Ən əsası isə ölkədə iş mühiti şəffaf olmalıdır ki, təhsil üçün xaricə göndərilən tələbələr qayıtdıqdan sonra ölkəmizdə işləyib, öz bilik və bacarıqları ilə Azərbaycana töhfə versinlər. Bunun üçün də işlə təmin olunma mexanizminin təkmilləşdirilməsi və ehtiyac duyulan ixtisaslar üzrə müvafiq çərçivənin konkretləşməsi lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət