
Hərbi xidmətdə son yaş həddi artırılır: Hərbi ekspert razılaşmır!
05:49 29.11.2023
Hərbi
807
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır.
Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır. Layihəyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Bu 25 il məsələsi insanlar arasında narahatlığa səbəb olub.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərli isə hərbi qulluqçuların pensiyaya çıxmaq üçün xidmət müddətinin 20 ildən 25 ilə qaldırılmasını məqsədəuyğun hesab etmir.

Onun sözlərinə görə, hərbi qulluqçular xidmət müddətinin artırılması həm hazırda hərbi xidmətdə olan, həm də gələcəkdə hərbçi peşəsini seçmək istəyən insanlar tərəfindən birmənalı qarşılanmayacaq: “Silahlı qüvvələrdə xidmət edənlər dövlətin təhlükəsizliyinin qorunmasında xüsusi rol oynayırlar. Bu cür müzakirələrin əksinə olaraq düşünürəm ki, hərbi qulluqçularımız üçün daha yeni sosial təminatlar formalaşdırmalıyıq, xüsusilə onların mənzil-məişət şəraiti daha da yaxşılaşdırılmalıdır. Hərbi xidmət müddəti həm tibbi baxımdan, həm də hərbinin xüsusiyyətləri nəzərə alınmaqla, 20 il müddətinə hesablanmışdı. İndi nəyə əsasən bu müddətin 25 ilə qaldırılması layihəsi irəli sürülüb. Hesab edirəm ki, 25 il məsələsi həm xidmətdə olan, həm də bu peşəni seçmək istəyən insanlar üçün bir çəkindirici amil olacaq, yəni hərbiyə gələnlərin sayını azaldacaq. Hərbi xidmət dedikdə, son dərəcə ağır iş rejimindən söhbət gedir. Bu insanlar sutkanın 24 saatında ayaq üstdə ağır rejimdə xidməti vəzifələrini yerinə yetirirlər. Əgər bu addım atılacaqsa, mənfi nəticələri müsbətdən daha çox olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual